Romantik makiyaj dərinin canlı və sağlam görünməsini təmin edən, təbii görünüşlü, abartısız makyaj növüdür.
Qaynarinfo xəbər verir ki, əsas məqsəd yüngül toxunuşlarla təbii gözəlliyi ön plana çıxarmaqdır.
Bəs, romantik makiaj necə edilir?
1. Dərini nəmləndirin - Makiaja başlamazdan əvvəl üzünüzü təmizləyin, nəmləndirici krem çəkin və tamamilə hopmasını gözləyin.
2. Tonal krem çəkin - Nəmləndirici tətbiq etdikdən sonra dərinizə canlı parıltı verəcək tonal krem sürməyin vaxtıdır. Problemli dəriniz yoxdursa, onun yerinə daha nazik BB krem seçə bilərsiniz. Daha təbii görünüş üçün fırça və ya makiyaj süngəri ilə tonal krem və ya BB krem çəkin.
3. Göz altı örtücü istifadə edin - Gözlərinizin altındakı qüsurları örtmək üçün örtücü tətbiq etmək üçün örtücü fırçadan istifadə edin. Çox qalın tətbiq etməməyə və hərtərəfli qarışdırmağa diqqət edin.
4. Gözlərinizə kölgə əlavə edin - Göz makiyajı romantik makiyajın ən vacib addımlarından biridir. Təbii, təvazökar görünüş üçün qəhvəyi tonlar tövsiyə edili. Göz qapaqlarınıza bürünc göz kölgəsi çəkin və qəhvəyi göz kölgəsi ilə yüngülcə kölgə salın. Sonra qəhvəyi göz layneri ilə nazik, qanadlı layner yaradın. Yüngül bir qat tuş tətbiq edin.
5. Qaş makiyajı - Qaşlarınızı böyümə istiqamətində darayın və təbii formasını pozmadan qaş rənginizə uyğun qaş qələmi ilə yüngülcə rəngləyin.
6. Yanaqlarınızı vurğulayın - Romantik makiyajda digər mühüm addım yanaqlarınızda şaftalı və ya çəhrayı tonlardan istifadə etməkdir. Yanaqlarınızı bu çalarlardan biri ilə müəyyənləşdirin.
7. Dodaq rəngi ilə tamamlayın - Təbii tonda dodaq boyanızı çəkin və istəsəniz makiyajınızı sabitləyici sprey ilə tamamlayın.
Aydın
Şərhlər