Xəbər lenti

Sevgini necə qorumaq və bağlılığı gücləndirmək olar? - Xoşbəxt münasibətlərin əsas sirri
Dünya 10:49 10.08.2025

Sevgini necə qorumaq və bağlılığı gücləndirmək olar? - Xoşbəxt münasibətlərin əsas sirri

Amerikalı psixoloq Mark Travers münasibətlərin potensialını açan bir ünsiyyət bacarığından bəhs edib.

Qaynarinfo xəbər verir ki, o, "Forbes" yazıb.

"Təcrübəli cütlüklərlə işləyən psixoloqlar iddia edir ki, tərəfdaşların bir-biri üçün edə biləcəyi ən güclü hərəkətlərdən biri "hekayə məkanı" yaratmaqdır. Bu, hər tərəfdaşın öz baxış bucağını və hadisələrə münasibətini kəsmədən, düzəltmədən, alçaltmadan və ya "səsini boğmağa çalışmadan" sərbəst şəkildə bölüşə bilməsidir", deyə psixoloq bildirib.

Psixoloqun sözlərinə görə, bu xüsusilə vacibdir, çünki münasibətlər ortaq mənada qurulur və bu məna yalnız hər iki tərəfin səsi eşidildikdə yaranır:

"Əgər tərəfdaşlardan biri səsinin "boğulduğunu" hiss edərsə - hətta qeyri-iradi olsa belə - kiçik inciklər yığılmağa başlayır və zamanla davamlı əsəbləşməyə çevrilir. Təhlükəsiz və açıq ünsiyyətin olmaması etimad və emosional yaxınlığı zəiflədir".

Trevers əlavə edir ki, alimlər belə nəticəyə gəliblər: məhz keyfiyyətli dinləmə əsas psixoloji ehtiyacları - muxtariyyət və başqaları ilə əlaqədə olmağı - ödəyir. Tərəfdaşlar belə dinlənildiklərini hiss etdikdə, müdafiə reaksiyası səviyyəsi azalır, bağlılıq güclənir və münasibətlər daha davamlı olur:

"Buna görə də "hekayə məkanı" yaratmaq münasibətləri həm möhkəmləndirən, həm də uçura bilən əsas ünsiyyət bacarığıdır".

O, bu bacarığın üç vacib səbəbini açıqlayıb:

1. Müdafiə reaksiyasını azaldır və etimadı artırır: Psixoloji tədqiqatlar bunu təsdiq edir. Məsələn, "Self and Identity" jurnalında dərc olunan "hekayə məkanı" haqqında işdə göstərilir ki, əgər dinləyici dəstəkləyici reaksiya verərsə, danışan, xüsusilə də çətin təcrübələrdən bəhs edərkən, öz hekayəsində daha çox məna tapır. Başqa sözlə, dəstəkləyici dinləmə nəinki tərəfdaşa burada və indi eşidildiyi hissini verir, həm də sonradan emosiyalarını işləməyə kömək edir.

2. Münaqişəni bağlılığa çevirir: Tərəfdaşa hekayə məkanı təqdim etməklə, siz kimin haqlı olduğunu sübut etmir, hər iki versiyanın birgə mövcud ola bilməsi üçün çərçivəni genişləndirirsiniz. Bu, həm mübahisəni bitirir, həm də bir-birini anlamağı dərinləşdirir.

3. Səssiz narazılığın kök salmasının qarşısını alır: 2015-ci ildə aparılan tədqiqat göstərib: insanlar şikayətlərini basdırdıqda, onlar tez-tez incik fikirlərində ilişib qalır, onları yenidən və yenidən zehnində döndərirdilər. Bu, problemi həll etmir, əksinə passiv-aqressiv davranış – məhəl qoymamaq, susma, emosional uzaqlaşma – yaradır. Nəticədə bu, tərəfdaşları nəinki bir-birindən uzaqlaşdırır, həm də onları emosional cəhətdən yorur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->