Xəbər lenti

İşə düzəltmək adı ilə 6000 manatlıq dələduzluq
Ölkə 21:28 09.08.2025

İşə düzəltmək adı ilə 6000 manatlıq dələduzluq

İşə düzəltmək adı ilə edilən daha bir dələduzluq cinayətinin məhkəmə istintaqı başa çatıb. 

Qaynarinfo xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə mühakimə edilən müttəhimə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Buna qədər müttəhimin üzərində 2 il 6 ay "iş" olub. Həmin cəza hazırki hökmlə təyin olunan cəza ilə qismən toplanıb və müttəhimə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. 

Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət təyin edilən cəzadan çıxılıb və üzərində qəti olara 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. 

İş materiallarından aydın olur ki, Valeh adlı təqsirləndirilən şəxs dostuna onu hüquq-mühafizə orqanlarında işə düzəldəcəyini vəd edib. Bunun müqabilində isə ondan 6000 manat pul alıb. Lakin verdiyi vədi yerinə yetirməyib.

Məhkəmə prosesində müttəhim verilmiş ittihamla özünü təqsirli bilib. Həmçinin məlum olub ki, zərərçəkmişə dəymiş ziyan ödənilib. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->