Xəbər lenti

Daha bir rayonda çaqqallar sakinlərə hücum etdi: Yaralananlar var
Ölkə 11:43 10.08.2025

Daha bir rayonda çaqqallar sakinlərə hücum etdi: Yaralananlar var

Xaçmaz rayonunun fındıq toplayan 3 nəfər çaqqalların hücumuna məruz qalıb.

APA-nın Şimal bürosu xəbər verir ki, hadisə Əhməd-oba kəndində həyətyanı sahədə baş verib.

Xəsarət alan şəxslər, 69 yaşlı V.Məmmədəliyeva, 54 yaşlı İ.Hacıyev və 54 yaşlı X.Quliyeva Xaçmaz rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Onlara tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub.

Qeyd edək ki, ötən gün Cəlilabadda analoji hadisə baş vermişdi.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->