Xəbər lenti

Ölümcül tələ: Avropada sakin olmayan, qeyri-adi statuslu ada var
Dünya 10:30 18.02.2026

Ölümcül tələ: Avropada sakin olmayan, qeyri-adi statuslu ada var

Qəribə taleyə malik kiçik bir Avropa adasında heç kimin yaşamamasına baxmayaraq, hər altı aydan bir dövlət mülkiyyəti dəyişir.

Qayanrinfo xəbər verir ki, bu barədə Britaniyanın "The Sun" qəzeti yazıb.

Fazan adası İspaniya və Fransanın növbəli idarəsi altındadır və bəzən qanunsuz miqrantlar buradan keçərək təhlükəli axınlarda həlak olurlar. Tarixi baxımdan isə ada Avropa üçün əhəmiyyətli hadisəyə şahidlik edib.

Adanın uzunluğu təxminən 200 metr, eni isə 40 metrdir və Bidasoa çayının ortasında yerləşir. İspaniyanın İrun şəhərindən 10 metr, Fransanın Andaya şəhərindən isə 20 metr məsafədədir.

"Fazan adası İspaniya və Fransanın birgə idarəsindədir. Adına baxmayaraq, burada fasan yoxdur - yalnız yaşıl başlı ördəklər və köçəri quşlar var", deyə materialda qeyd olunur.

Adanın mərkəzində Pirey sülhü ilə bağlı danışıqları xatırladan monolit yerləşdirilib - 7 noyabr 1659-cu ildə burada Fransız-İspan müharibəsinin sona çatması ilə bağlı razılaşma əldə olunub.

Monolitdə yazılar iki dildədir: bir tərəfdə ispan, digər tərəfdə fransız. Sülh sazişi bir il sonra Fransa kralı XIV Lüduvinin İspaniya kralı IV Filipin qızı Maria Tereza ilə evlənməsi ilə möhkəmləndirilib və iki ölkə arasındakı sərhəd təsbit olunub.

Hazırda ada sülh jesti olaraq 1 fevral – 31 iyul tarixləri arasında İspaniyanın, 1 avqust – 31 yanvar arasında isə Fransanın idarəsindədir. Rəsmi hakimiyyətin dəyişdirilməsi zamanı hər iki tərəf monolit ətrafında hərbi mərasimlər keçirir və sonra sülh yolu ilə inzibati idarəni dəyişir.

Ada mülki şəxslər üçün qapalıdır. Yalnız hərbçilərin girişi mümkündür və bu, ildə bir neçə günlə məhdudlaşır. Bəzən mədəni irs günləri çərçivəsində ada açılır, amma bu hallar nadir olur.

Su səviyyəsi aşağı olduqda adaya İspaniya sahilindən piyada çata bilmək mümkündür. Lakin son vaxtlar Bidasoa çayından qanunsuz miqrantlar keçməyə çalışır: bəzi hallarda insanlar təhlükəli axınlar səbəbindən həlak olub. "NGO Irungo Harrera Sarea"nın məlumatına görə, hər gün təxminən 30 miqrant İruna çataraq Fransaya keçməyə çalışır.

Yerli arxeoloq Pia Alkayn Sorondu BBC-yə deyib: "Bəzi insanlar üçün bu hələ də yeni ümid yeri olsa da, eyni zamanda ölümcül bir tələyə çevrilib".

Aydın

--> -->