Xəbər lenti

Krımda güclü partlayışlar: aerodromlar hədəfdə, sursat anbarı yanır (VİDEO)
Dünya 10:33 16.05.2025

Krımda güclü partlayışlar: aerodromlar hədəfdə, sursat anbarı yanır (VİDEO)

16 may cümə günü gecə və səhər saatlarında Krımda ard-arda güclü partlayışlar baş verib. Yerli teleqram kanalları Rusiya işğalçılarının mühüm hərbi obyektlərinə hücumların həyata keçirildiyini yazır.

Qaynarinfo ''Krımskiy Veter''ə istinadla xəbər verir ki, səhər saat 06:15-də Sevastopolda çox güclü partlayış olub. Rusiya hava hücumundan müdafiə sistemləri Naximov adına hərbi-dəniz məktəbinin ərazisindən atəş açıb. Şahidlər həmin ərazidə ''Pantsir-S1'' zenit-raket kompleksinin izini əks etdirən fotolar paylaşıblar.

Eyni zamanda, Krımın Perivalnoye qəsəbəsində də partlayışlar qeydə alınıb. Bu ərazidə Rusiya Qara Dəniz Donanmasının 126-cı sahil müdafiə briqadası yerləşir. Şahidlər deyirlər ki, güclü partlayış səsləri eşidilir və tüstü qalxır.

Sevastopola hücumun davam etdiyi bildirilir. Şəhərdə yeni partlayışlar baş verib, xüsusilə Belbek və Kaça aerodromları ətrafında.

Perivalnoyedə vəziyyət daha ciddidir – yerli məlumatlara görə, burada 126-cı briqadaya məxsus sursat anbarı yanır və partlayışlar davam edir.

''Krımskiy Veter''in verdiyi məlumata əsasən, Simferopoldan çoxlu sayda təcili yardım maşını Yalta yolu ilə Perivalnoyeyə yollanıb, halbuki Aluşta istiqamətindən ora getmək daha yaxın olardı. Partlayışlar Baxaçasaray, Balaklava və Sevastopol yaxınlığında da davam edir.

''ATESH'' hərəkatının agentləri Krımda Rusiya hərbi obyektlərinə zərbələrin endirildiyini təsdiqləyiblər. Məlumatlara görə, Perivalnoyedə işğalçılara məxsus texnika saxlanılan anqarlar da olub.

Agentlərin sözlərinə görə, Perivalnoyedə yerləşən 126-cı sahil müdafiə briqadasının hərbi bazası və 8-ci ayrı artilleriya polku ərazisində partlayışlar baş verib:

"Sursat anbarında növbətçi olan hərbçilərin həlak olduğu haqda məlumat var", – deyə hərəkat bildirib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->