İngiltərə kralı III Çarlzın kiçik oğlu, 40 yaşlı şahzadə Harri ilə əmisi, 65 yaşlı şahzadə Endryu arasında fiziki qarşıdurma yaşandığı iddiası Britaniya kral ailəsində rezonansa səbəb olub.
Qaynarinfo-nun məlumatına görə, tarixçi Endryu Louni tərəfindən qələmə alınan "York hersoqunun yüksəlişi və süqutu" adlı kitabda qeyd olunur ki, 2013-cü ildə kral ailəsinin bir toplantısında Harri ilə Endryu arasında kəskin mübahisə yaşanıb. İddiaya görə, Harri əmisi Endryuya "qorxaq” deyərək onu təhqir edib və bu ifadə dava ilə nəticələnib. Mübahisə yumruq davasına çevirilib və nəticədə prins Endryunn burnunun qanadığı irəli iddia olunub.
Kitabda, həmçinin Endryunun 2018-ci ildə Harrini Meqan Marklla evlənmək qərarına görə sərt tənqid etdiyi və bu evliliyin "dəli bir qərar” olduğunu, bir aydan artıq davam etməyəcəyini dediyi iddia olunur.
Harrinin sözçüsü kitabda yer alan bu iddiaları tamamilə əsassız adlandıraraq qəti şəkildə təkzib edib. Kral ailəsi ətrafında böyük əks-səda doğuran bu iddialar sosial şəbəkələrdə də geniş müzakirələrə yol açıb.
Eyni kitabda Endryunun yalnız Harri ilə deyil, həmçinin onun böyük qardaşı, şahzadə Uilyam və həyat yoldaşı Keyt ilə də münasibətlərinin gərgin olduğu bildirilir.
Qeyd edək ki, 2019-cu ildə həbsxanada ölü tapılan fahişəlik şəbəkəsinin qurucusu Cefri Epsteyn ilə əlaqələrinə görə Endryu 2021-ci ildə bütün kral və hərbi titullarından məhrum edilmişdi.
Harri və həyat yoldaşı Meqan Markl 2020-ci ildə kral vəzifələrindən imtina edərək ABŞ-a köçüb. Bu qərar kral ailəsində əvvəldən mövcud olan gərginlikləri daha da dərinləşdirmişdi.
Aydın
Şərhlər