Xəbər lenti

Hər kəs üçün bərabər bankçılıq: AccessBank-dan yeni inklüziv təşəbbüs
Ekonomiks 15:13 15.05.2025

Hər kəs üçün bərabər bankçılıq: AccessBank-dan yeni inklüziv təşəbbüs

AccessBank 2025-ci ilin iyun ayından etibarən korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində bütün müştərilər üçün daha əlçatan və inklüziv mühit yaratmağa yönəlmiş yeni təşəbbüslərə start verir.

Qeyd edək ki, 15 may Qlobal Əlçatanlıq Günü (Global Accessibility Awareness Day -GAAD) kimi qeyd olunur. Bu günün əsas məqsədi — rəqəmsal əlçatanlıq və inklüzivlik barədə düşünmək, danışmaq və öyrənmək, eyni zamanda bir milyarddan çox fiziki məhdudiyyətli şəxsin rəqəmsal mühitə bərabər çıxış hüququnu gündəmə gətirməkdir.

Biz inanırıq ki, rahat və keyfiyyətli bank xidmətləri hər kəs üçün əlçatan olmalıdır. Bu səbəbdən iyun ayından etibarən AccessBank-ın bütün video materiallarına altyazılar əlavə olunacaq. Bu yenilik eşitmə qabiliyyəti məhdud olan müştərilərin də təqdim edilən məlumatları sərbəst şəkildə izləməsinə imkan yaradacaq.

Eyni zamanda bankın rəsmi internet saytında fiziki imkanları məhdud şəxslər üçün müyəssərlik menyu funksiyası istifadəyə verilmişdir. Bu imkan sayəsində istifadəçilər saytı fərdi ehtiyaclarına uyğun şəkildə tənzimləyərək daha rahat istifadə edə bilirlər.

AccessBank olaraq inanırıq ki, inklüzivlik sadəcə təşəbbüs deyil, bizim dəyərlərimizin və missiyamızın ayrılmaz bir hissəsidir. Qarşıdakı dövrlərdə də hər kəs üçün açıq və əlçatan maliyyə mühiti yaratmaq üçün səylərimizi davam etdirəcəyik.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar.

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->