Xəbər lenti

Azərbaycanda özünə ilk qəbir qazdıran meyxanaçı bəstəkarı alqışladı:
Ölkə 14:35 15.05.2025

Azərbaycanda özünə ilk qəbir qazdıran meyxanaçı bəstəkarı alqışladı: "Çoxalmalıyıq"

Meyxanaçı Ağamirzə Məmmədov Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin özünə məzar hazırlatdırması ilə bağl açıqlamasına münasibət bildirib.

Meyxanaçı Qaynarinfo-ya açıqlamasında bəstəkarın bu hərəkətini müsbət dəyərləndirdiyini qeyd edib:

"Nə yaxşı iş tutub amma... Yaxşı bir hərəkətdir. Bizim siyahımız çoxalmalıdır, biz dünyadan köçəndən sonra yaxınlarımız əziyyət çəkməsin. Mən hərdən gedib qəbrimə baxıram, özüm üçün dərs alıram. Öz-özümə deyirəm ki, "Ağamirzə, çox da irəli getmə, insanlarla bərkdən danışma, haçansa bura gəlib uzanacaqsan. İllərlə, əsirlərlə burada yatacaqsan. Pislikdən qaçıb, yaxşı əməllərlə yada qalaq”.

Ağamirzə Məmmədov daha bir vəsiyyətini də açıqlayıb:

"Mənə ehsan verməsinlər. Həmin ehsanı versinlər kimsəsiz və imkanı olmayanlara”.

Qeyd edək ki, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev özünə məzar hazırlatdırıb. Bəstəkar bildirib ki, "məqsəd evdəkiləri işin birindən azad etməkdir. Yalançı başdaşı da qoydurmuşam ki, heç kim ora girməsin. Hərdən gedib mühəndis gözü ilə baxıram, görüm, məzarımda nə çatır, nə çatmır”.

Xatırladaq ki, meyxanaçı Ağamirzə Məmmədov Azərbaycanda özünə ilk qəbirqazdıran ifaçıdır. O, bununla bağlı dəfələrlə mətbuata açıqlama da verib.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->