Avropanın ən böyük dondurulmuş qida şirkəti "Nomad Foods"un apardığı yeni bir sorğuya görə, avropalı istehlakçıların təxminən yarısı (47%) qida israfını azaltmaq məqsədilə dondurulmuş məhsullara üstünlük verir.
Avropa İstehlakçılar Təşkilatının açıqladığı açıqlamada isə bildirilir ki, Avropa İttafaqında hər il təxminən 59 milyon ton qida tullantısı yaranır.
Bəs dondurulmuş qida almaq konkret olaraq nəyi dəyişir və hansı ölkələr bu vərdişi mənimsəyib?
Qaynarinfo ən çox dondurlumuş qidadan istifadə edən Avopa ölkələrinin siyahısını təqdim edir:
Dondurulmuş qidalar israfın qarşısını necə alır?
Qidaların dondurulması onları daha uzun müddət qorumağa kömək edir. Bu da daha az qidanın atılması və ya satın alınması deməkdir.
Bir qida tullantıya çevrildikdə yalnız həmin qidanın özü yox, eyni zamanda yanacaq, su, torpaq, əmək gücü, gübrə və qablaşdırma kimi onun istehsalı və daşınması zamanı istifadə olunan resurslar da boşa gedir. Üstəlik, qidalar zibillikdə çürüyərkən metan qazı ifraz edirlər.
İngiltərədə artıq qidaların ehtiyacı olanlara çatdırılması üçün çalışan xeyriyyə təşkilatı "FareShare"in xarici əlaqələr müdiri Ben Ashmore bildirib ki, 2021 və 2022-ci illərdə qida israfı İngiltərədə təxminən 18 milyon ton istixana qazı emissiyasına səbəb olub.
Ashmore əlavə edib ki, artıq qidanı insanlara yönləndirməklə və donduraraq onun ömrünü uzatmaqla, həm israfı, həm də emissiyaları azaltmaq mümkündür. Bu həm də ehtiyac içində olanlara yardım deməkdir.
İnsanlar niyə dondurucuya daha çox üstünlük verir?
İnsanların dondurucudan daha geniş istifadə etməsinin bir çox səbəbi var, lakin "Nomad Foods" tərəfindən yayımlanan "Frozen in Focus” adlı ilk hesabat göstərir ki, davamlılıq əsas amillərdən biridir.
Şirkətin baş direktoru Stefan Descheemaeker deyib ki, dondurucu artıq sadəcə qida saxlamaq üçün yer deyil. O, daha səmərəli, davamlı və qidalandırıcı həyat tərzinin əsas dayağına çevrilir.
Yeni bir çoxölkəli araşdırmaya görə, İngiltərə qida israfını azaltmaqda liderdir. Burada böyüklərin təxminən 60%-i dondurulmuş qidanı israfı azaltdığı üçün alır.
Digər ölkələrdə bu göstərici belədir:
İtaliya – 50%
Fransa – 49%
İsveç – 43%
Almaniya – 44%
Bəzi istehlakçılar isə dondurulmuş qidanın daha davamlı bir qida zəncirinə töhfə verdiyinin fərqindədirlər:
İsveç – 15%
İtaliya – 7%
İngiltərə – 9%
Almaniya – 8%
Fransa – 7%
Dondurucuların enerji sərfiyyatının azaldılması
Daim qoşulu olan bu cihazların ciddi enerji istifadəsi və bununla bağlı emissiyalar nəzərə alındıqda, dondurucunun özünün də ekoloji baxımdan daha əlverişli olması üçün araşdırmalar aparılır.
Tədqiqatlar göstərir ki, -18°C yerinə -15°C temperatur da kifayət edir və bu, nəzərəçarpacaq dərəcədə enerji qənaətinə səbəb ola bilər.
"Campden BRI" qida və içki araşdırma mərkəzi ilə Nomad Foods tərəfindən aparılan son bir araşdırma, dondurulmuş qidanın saxlanma temperaturunun 3°C artırılmasının enerji sərfini 10% azalda biləcəyini və bu dəyişikliyin əksər məhsullara ciddi təsir etmədiyini üzə çıxarıb.
Günay
Şərhlər