ABŞ-ın keçmiş prezidenti Co Bayden ABC telekanalına verdiyi müsahibədə vitse-prezident Kamala Harrisin 2024-cü il prezident seçkilərindəki məğlubiyyətinə təəccüblənmədiyini bildirib.
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, bu nəticə Harrisin qarşılaşdığı seksizm və irqçilik meylləri ilə bağlı olub.
Bayden jurnalistin Kamala Harrisin məğlubiyyəti ilə bağlı sualına cavab olaraq deyib: "Mən təəccüblənmədim. Bu, vitse-prezidentin prezident vəzifəsinə ən layiqli namizəd olduğunu düşünmədiyimdən deyil. Mən təəccüblənmədim, çünki onlar... seksist yolla getdilər".
Co Bayden həmçinin prezidentliyi dövründə seçicilər arasında sərhəd təhlükəsizliyi və yaşayış xərclərinin artması ilə bağlı narahatlıqların yaranmasına görə özünü günahkar hiss etdiyini də bildirib. Onun fikrincə, bu faktorlar seçkilərin nəticələrinə təsir edə bilərdi.
2024-cü ilin iyul ayında, Donald Trampla uğursuz debatlardan sonra Co Bayden prezidentlik yarışından çəkilmək qərarına gəlib. O, öz yerinə Demokratlar Partiyasının namizədi kimi vitse-prezident Kamala Harrisi irəli sürüb.
Aydın
Şərhlər