Xəbər lenti

Dünya 09:18 16.05.2025

"Eurovision-2025"in bütün finalçıları məlum oldu

İsveçrənin Bazel şəhərində "Eurovision" mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb

Burada 16 ölkədən olan iştirakçılar final mərhələsinə çıxmaq uğrunda mübarizə aparıblar.

Televiziya tamaşaçılarının səsverməsinin nəticələrinə görə, müsabiqə finalçılarının ikinci onluğuna aşağıdakı ölkələr daxil olub: Litva, İsrail, Ermənistan, Danimarka, Avstriya, Lüksemburq, Finlandiya, Latviya, Malta və Yunanıstan.

Xatırladaq ki, birinci yarımfinalın nəticələrinə görə, Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San-Marino, Estoniya, Portuqaliya və Ukraynadan olan iştirakçılar finalçı olmuşdular.

Həmçinin final şousunda İsveçrə (ötən ilin qalibi) və Böyük Britaniya, Almaniya, Fransa, İspaniya və İtaliyadan olan ifaçılar iştirak edəcəklər – bunlar "Böyük beşlik" ölkələridir ki, avtomatik olaraq müsabiqənin finalına keçirlər.

"Eurovision"un finalı mayın 17-də baş tutacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->