"Almanların 1945-ci ilə qədər dünyada ilk atom bombasını yaratmaq üçün bütün şansları var idi, lakin ingilislərin həyata keçirdiyi iki əməliyyat buna mane oldu".
Qaynarinfo xəbər verir ki, bunu gazeta.ru saytına rusiyalı fizik, Rusiya Fizika- Riyaziyyat Elmləri və İnformasiya Texnologiyaları İnstitutunun direktoru Mixail Yanikov bildirib.
1940-cı ildə kvant fizikasının banisi Verner Heyzenberq silah pluttoniumu - atom bombasının əsas komponentini əldə etmək üçün nüvə reaktoru tikintisinə başlayıb. Almaniyanın bütün üstünlükləri var idi: iki il əvvəl alman kimyaçıları Otto Han və Frits Ştrasman dünyada ilk dəfə uran nüvəsini parçalamış, fizik Liza Meitner nəticələri şərh etmiş, ölkədə qabaqcıl alimlər çalışmış və inkişaf etmiş sənaye fəaliyyət göstərmişdi. Lakin 1945-ci ilə qədər alman atom layihəsi heç bir nəticə verməyib.
Fizik Yanikovun sözlərinə görə, Heyzenberq nüvə reaktoru qurmaq üçün iki əsas konsepsiyanı nəzərdən keçirib: moderator kimi qrafit və ağır su əsasında. Lakin qrafitlə aparılan təcrübələr zamanı edilən çoxsaylı səhvlər (o cümlədən, kifayət qədər təmiz qrafitin istifadəsi səbəbindən) onu bu maddəni moderator kimi istifadə etməyin mümkünsüzlüyü qənaətinə gətirib.
"O zaman Heyzenberq ağır su istifadə edən variant üzərində dayanır. Lakin onun zəncirvari nüvə reaksiyasını başlatmaq üçün qurğunun parametrlərini təyin etməyi uzun müddət bacarmır. O vaxt üçün ağır su istehsal edən yeganə zavod Norveçdə yerləşirdi. Əvvəlcə ingilislər ağır su daşıyan gəmini batırır, sonra isə 1943-cü ildə diversiya nəticəsində zavodu partladırlar. Heyzenberq əhəmiyyət kəsb edən maddənin məhdud miqdarı ilə qalır. Müharibə Almaniyanın sərhədlərinə yaxınlaşırdı, buna görə də maliyyələşdirmə kəskin şəkildə azaldı, Reyx rəhbərliyinin başqa prioritetləri yarandı. Beləliklə, alman atom layihəsi zəruri nəticə vermədən başa çatdı", deyə Yanikov izah edib.
Aydın
Şərhlər