Xəbər lenti

Alimlərdən xəbərdarlıq: Argentinanın turistik məkanı iqlim fəlakətindən xəbər verir
Dünya 18:54 17.05.2025

Alimlərdən xəbərdarlıq: Argentinanın turistik məkanı iqlim fəlakətindən xəbər verir

Dünyada qlobal istiləşmənin buzlaqlara vurduğu zərbə getdikcə artmaqdadır. Alimlər bildirir ki, bu prosesin növbəti qurbanı Argentinanın məşhur Perito-Moreno buzlağı ola bilər. Qeyri-adi davamlılığı ilə tanınan bu buzlaq, indi iqlim dəyişikliyinin təsirlərinə tabe olmağa başlayıb.

Qaynarinfo "The Independent" nəşrinə istinadən xəbər verir ki, Perito-Moreno buzlağı Argentinada məşhur turistik obyekt sayılır. Hər il minlərlə turist buraya gələrək, iki mərtəbəli bina böyüklüyündə buz parçalarının qoparaq nəhəng səs və şırhaşırla Arquentino gölünün sularına düşməsini izləyir.



Lakin bu möhtəşəm mənzərə əslində elm adamlarını və yerli bələdçiləri narahat edən bir siqnaldır. Onlar qeyd edirlər ki, cəmi 20 il əvvəl bu qədər böyük buz parçalarının qopması nadir hal idi, lakin indi bu hadisə müntəzəm şəkildə baş verir və turistlər üçün "attraksiona" çevrilib.

Argentinalı buzşünas (glyatsioloq) Lukas Ruisin sözlərinə görə, Perito-Moreno son 80 il ərzində nisbətən sabit buzlaq sayılırdı. Lakin 2015-ci ildən başlayaraq onun bəzi hissələri geri çəkilməyə başlayıb – yəni, ərimə sürəti dağlardan gələn yeni buz kütlələrinin artım sürətini ötüb. Hazırda buzlağın hər il 1–2 metr arası geri çəkildiyi müşahidə olunur.



Mütəxəssislər xəbərdarlıq edir ki, əgər bu prosesə qarşı tədbir görülməzsə, buzlağın itkiləri daha da sürətlənə bilər.

"Məsələ ondadır ki, Perito-Moreno uzun müddət iqlim dəyişikliyinin təsirlərini gecikmiş şəkildə hiss edib. Bu gün gördüyümüz dəyişikliklər aydın şəkildə göstərir ki, bu güc balansı artıq pozulub – buzlaq həm qalınlığını, həm də ərazisini itirir", deyə Ruis bildirib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->