Xəbər lenti

AHİK bu il 32 minə yaxın yollayış verib
Ölkə 11:45 12.08.2025

AHİK bu il 32 minə yaxın yollayış verib

Sanatoriya və istirahət mərkəzlərinə yollayışların verilməsi prosesində operativliyin təmin olunması məqsədilə e-ahik Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi istifadəyə verilib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat konfransında məlumat verilib.

Qeyd olunub ki, 2025-ci il yanvarın 1-dən iyulun 31-dək 32 minə yaxın yollayış verilib.

Qeyd olunub ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 1,5 dəfə çoxdur.Qeyd olunub ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2025-2027-ci illər üzrə inkişaf strategiyası təsdiq edilib və hazırda strategiyanın reallaşdırılması üçün 7 prioritet, 12 fəaliyyət istiqaməti və 36 tədbiri əhatə edən tədbirlər planı icra olunur.

Tədbirdə vurğulanıb ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ailələrinə, qazilərə və müharibə iştirakçılarına dəstək məqsədilə tədbir həyata keçirilir. Qeyd edilib ki, Konfederasiyanın himayəsində olan 209 şəhid ailəsinin 378 övladına hər ay maddi yardım göstərilir. 148 şəhid ailəsinə isə alış-veriş kartları təqdim edilib. Bundan başqa, 20 Yanvar şəhidlərinin 95 ailə üzvünə birdəfəlik maddi dəstək göstərilib. Bu istiqamətdə həyata keçirilən layihələr çərçivəsində şəhid övladları üçün "Abşeron” sanatoriyasında "Texno Qəhrəmanlar” master-klası təşkil olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->