Xəbər lenti

Şabranda minik və yük avtomobili toqquşdu, iki nəfər öldü
Dünya 11:55 18.05.2025

Şabranda minik və yük avtomobili toqquşdu, iki nəfər öldü

Şabranda rayonunda minik avtomobili və yük maşınının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb.

"Report”un Şimal bürosunun məlumatına görə, hadisə Bakı – Quba – Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, "Renault” markalı minik avtomobilinin və yük maşınının (TIR) toqquşması nəticəsində iki nəfər hadisə yerində ölüb.

Qəzaya səbəb kimi minik avtomobilinin qarşı hərəkət zolağına çıxması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->