Kolumbiyalı senator Migel Uribe Turbay sui-qəsd cəhdindən sonra qaldığı xəstəxanada dünyasını dəyişib.
Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, onun ölümünü həyat yoldaşı Mariya Klaudiya Tarazona bildirib.
Siyasətçinin 39 yaşı var idi. İyunun 7-də Kolumbiyanın paytaxtı Boqotada deputat və prezidentliyə potensial namizədə sui-qəsd edilib. O, 15 yaşlı yeniyetmə tərəfindən güllələnib. Başından güllə yarası alan siyasətçi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Migel Uribe Turbay Kolumbiyanın keçmiş prezidenti Xulio Sezar Turbay Ayalanın nəvəsidir. Onun anası Diana Turbay 1991-ci ildə Pablo Eskobarın kartelinin üzvləri tərəfindən öldürülən jurnalist olub. Ötən il siyasətçi Demokratik Mərkəz partiyasından prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırdığını açıqlamışdı. Ölkədə seçkilər 2026-cı ilin mayında keçiriləcək.
Aydın
Şərhlər