Xəbər lenti

Yeni Papa seçildi: İlk dəfə amerikalı... (YENİLƏNİB)
Dünya 21:27 08.05.2025

Yeni Papa seçildi: İlk dəfə amerikalı... (YENİLƏNİB)

Yeni seçilən Roma Papasının kimliyi məlum olub.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, 267-ci Papanın ABŞ-dan olan Robert Francis Prevost olduğu məlum olub.

Qeyd edək ki, o, ABŞ-dan seçilən ilk Papadır. 69 yaşlı kardinal Robert Prevost əslən Çikaqodandır. Prevo mərhum papanın siyasətinin tərəfdarı kimi tanınır: yoxsullara kömək etməyi, miqrantları və açıq kilsəni müdafiə edir. Prevo 2023-cü ilin sentyabrında kardinal olub. 

Roma Papası Fransisk aprelin 21-də vəfat edib. Yeni pontifikin seçilməsi üçün Vatikanda konklav mayın 7-də toplanıb.
 

 
20.30
 
Yeni Roma Papası seçilib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, ənənəvi olaraq səsvermənin keçirildiyi Vatikanda Sikstin kapellasında quraşdırılmış bacadan ağ tüstü qalxıb. Bu isə kardinalların ikigünlük konklavın ikinci günündə yeni papa seçdiklərinin işarəsidir.

Onun adı tezliklə açıqlanacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->