Xəbər lenti

Rusiya İstanbul danışıqlarında nə üçün ABŞ və Türkiyənin iştirakına qarşı çıxıb? (ŞƏRH)
Dünya 16:44 16.05.2025

Rusiya İstanbul danışıqlarında nə üçün ABŞ və Türkiyənin iştirakına qarşı çıxıb? (ŞƏRH)

"Danışıqlarda iştirak edən Rusiya nümayəndələrinin ABŞ və Türkiyədən olan nümayəndələrin də iştirakına qarşı çıxması Kremlin müharibəni dayandırmaqda maraqlı olmamasından qaynaqlanır”. 

Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Elçin Şıxlı İstanbula Ukrayna ilə danışıqlar üçün gələn Rusiya nümayəndələrinin ABŞ və Türkiyədən olan təmsilçilərin prosesdə iştirakına qarşı çıxmalarını şərh edərkən deyib:

"Moskvada düşünürlər ki, Vaşinqton və Ankara onlara atəşkəs, müharibənin dayandırılmasının vacibliyini aşılaya, bu məsələni gündəmə gətirməyə çalışarlar. Bu isə indiki halda Rusiyanın istəyincə deyil”. 
 


Ekspertə görə, bu kimi hərəkətlərlə Rusiya tərəfi həm də vaxt udmağa çalışır:

"Başqa bir tərəfdən, Putin özü gəlib Zelenski ilə danışmalı idi. Amma o sadəcə kiçik ranqlı nümayəndələrini göndərməklə kifayətlənib. Putin sadəcə olaraq, vaxt udmaq istəyir və insanları dolayır. Kreml müharibəni dayandırmaq istəmir və dayandırmayacaq. Putin işğal etdiyi torpaqları əlində saxlamaq istəyir. Çünki o, müharibəni dayandırıb, işğal etdiyi ərazilərdən çıxsa, onun hakimiyyətinin sonu olacaq. Müharibəni də o, məhz hakimiyyətdə qalmaq üçün başlayıb”.

Qeyd edək ki, 2İnterfaks” agentliyinin mənbələrə istinadən verdiyi məlumata görə, İstanbulda Ukrayna ilə danışıqlar üçün gələn Rusiya nümayəndələri ABŞ nümayəndələrinin də danışıqlarda iştirak etməsinin əleyhinə çıxıblar. Türkiyə nümayəndəsi isə yalnız qonaqları salamlamaqla kifayətlənərək, danışıqlar prosesin tərk edib. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->