Xəbər lenti

Prokuror Karen Avanesyana 18 il həbs cəzası istədi
Ölkə 17:37 22.12.2025

Prokuror Karen Avanesyana 18 il həbs cəzası istədi

Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın məhkəməsində dövlət ittihamçısı ona 18 il həbs cəzası istəyib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində Natiq Əliyevin sədrliyi ilə Karen Avanesyanın növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmə zamanı hadisə şahidlərinin ifadələri dinlənilib. Həmçinin istintaq zamanı Avanesyanın hadisə baş verdiyi ərazidə dindirildiyi kadrlar nümayiş etdirilib.

Çıxış edən dövlət ittihamçısı törətdiyi əməllərə görə Avanesyanın təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilməsini və cəzasını xüsusi rejimdə çəkməsini istəyib

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->