Xəbər lenti

İki şirkətin yarım milyondan çox borcu var
Ekonomiks 17:14 11.08.2025

İki şirkətin yarım milyondan çox borcu var

Bakıda fəaliyyət göstərən iki şirkətin külli miqdarda vergi borcu yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, qanuni təmsilçisi Mirzəyeva Şahraz Safalı qızı olan "Planet Enko" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 360.571,66 AZN vergi borcu var. 

2011-ci ildə Azərbaycanda fəaliyyət göstərən, qanuni təmsilçisi Camalzadə Orxan Şamil oğlu olan "Optimum Digital Planet" MMC-nin isə 166.059,75 AZN vergi borcu yaranıb. 

Qeyd edək ki, "Planet Enko" riskli vergi ödəyiciləri siyahısına daxil edilsə də, "Optımum Digital Planet" daxil edilməyib. Əvəzində Orxan Camalzadəyə isə borcun ödənilməsi üçün vax verilib və əks halda ölkədən çıxışına məhdudiyyət qoyula bilər. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->