İtaliyada həkimlər anormal titrəməsi olan yeni doğulmuş körpənin qanında kokain tapıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə Today.it portalı yazıb.
Hadisə Leççe şəhərindəki "Vito Fazzi” xəstəxanasında baş verib. Hazırda həkimlər narkotikin körpənin orqanizminə hansı yolla düşdüyünü müəyyən etməyə çalışırlar.
Uşağın anasından da narkotik testləri götürülüb, lakin nəticələr mənfi çıxıb. Buna baxmayaraq, mütəxəssislər ehtimal edirlər ki, yetkin orqanizm kokaini daha tez parçalayaraq bədəndən xaric edə bilər, halbuki hərəkətsiz vəziyyətdə olan döl bu maddəni xaric edə bilməyib.
Körpə hazırda xəstəxanada saxlanılır. Sosial xidmət orqanları vəziyyəti nəzarətə götürüb və istintaq başa çatana, həmçinin ev şəraitinin uşağın sağlamlığı üçün təhlükəsizliyi qiymətləndirilənədək o, anasından ayrı qalacaq.
Bundan öncə oxşar hadisə İspaniyanın Valensiya şəhərində qeydə alınmışdı. Orada üç yaşlı uşağın qanında da narkotik maddələr aşkarlanmış və valideynləri həbs edilmişdi. Uşaq qəfil əzələ sərtliyi və qıcolma səbəbilə "La Fe” xəstəxanasına aparıldıqdan sonra həkimlər qan və sidik analizlərində narkotik izlərini aşkar etmişdilər.
Aydın
Şərhlər