Xəbər lenti

Nərgiz Əsgərova 2025-ci il üzrə TOPRA Regulatory Excellence mükafatının finalçısı seçildi
Ölkə 21:32 05.11.2025

Nərgiz Əsgərova 2025-ci il üzrə TOPRA Regulatory Excellence mükafatının finalçısı seçildi

RegBridge şirkətinin təsisçisi və baş icraçı direktoru Nərgiz Əsgərova beynəlxalq nüfuza malik TOPRA Regulatory Excellence Awards 2025 mükafatının finalçısı elan olunub. Bu tanınma onun liderliyini, peşəkarlığını və dərman vasitələrinin qeydiyyatı sahəsində inkişafın təşviqinə verdiyi töhfəni, həmçinin keçmiş MDB, AİİB və Türkiyə regionlarında fəaliyyətini əks etdirir.

Qaynarinfo bildirir ki, TOPRA tərəfindən hər il təşkil olunan Dərman Vasitələrinin Qeydiyyatı üzrə Peşəkarlar Təşkilatının (Organisation for Professionals in Regulatory Affairs) mükafatı qlobal əczaçılıq və həyat elmləri sənayesində nailiyyət və liderliyi qeyd edir. "İlham” (Inspiration) kateqoriyasında finalçı seçilmək, təkcə fərdi liderliyi deyil, həm də dərman vasitələrinin qeydiyyatı sahəsində 16 ildən artıq təcrübəyə malik olan Nərgiz Əsgərovanın peşəkar karyerasını, həmkarları üçün nümunə və ilham mənbəyi kimi tanınmasını əks etdirir. Qeydiyyat sahəsində onun mükəmməlliyə sadiqliyi, eyni zamanda RegBridge şirkətinin keçmiş MDB, AİİB və Türkiyə regionlarında tərəfdaşlarla əməkdaşlıq və inkişaf strategiyasının formalaşmasında mühüm rol oynayır.

Namizədliyi ilə bağlı danışan Nərgiz Əsgərova bildirib: "Bu tanınma mənim üçün çox önəmlidir. O, karyeram boyu rəhbər tutduğum dəyərləri – dürüstlük, əzmkarlıq və peşəkarlığı əks etdirir. Eyni zamanda, bu tanınma RegBridge komandasının sərhədləri aşaraq dərman vasitələrinin qeydiyyatı sahəsində yeni standartlar müəyyənləşdirmək istiqamətində göstərdiyi səyləri də əks etdirir. Biz birlikdə qeydiyyat proseslərində mükəmməlliyin pasiyentlərin rifahına, farmasevtika sənayesinin inkişafına və cəmiyyətin xeyrinə xidmət etməsinə sadiq qalırıq.

Nərgiz Əsgərovanın rəhbərliyi altında RegBridge regionun aparıcı konsaltinq şirkətlərindən birinə çevrilib və qlobal əczaçılıq şirkətlərini yerli səhiyyə sistemləri ilə birləşdirərək dəyişən qeydiyyat tələblərinə tam uyğunluğu təmin edir.

Qeyd etmək istərdik ki, Nərgiz Əsgərova beynəlxalq səviyyədə keçirilən nüfuzlu TOPRA Regulatory Excellence mükafatına namizəd göstərilən ilk azərbaycanlıdır.

TOPRA Awards-un qalibləri 27 noyabr 2025-ci il tarixində Londonda keçiriləcək mərasimdə açıqlanacaq.

Finalçıların tam siyahısı ilə tanış olmaq üçün aşağıda ki linkə keçid ala bilərsiniz: //lnkd.in/ejPGB4zK

RegBridge haqqında
 
RegBridge – baş ofisi Bakıda yerləşən,
qeydiyyat və farmakonəzarət sahəsində ixtisaslaşmış konsaltinq şirkətidir. Şirkət keçmiş MDB, AİİB və Türkiyə regionlarında fəaliyyət göstərir. RegBridge qeydiyyat sahəsində mükəmməlliyin inkişafına və pasiyentlərin keyfiyyətli dərman vasitələrinə vaxtında çıxışının təmin olunmasına yönəlmişdir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->