Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə yeni qaz yatağının kəşf edildiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, yatağın xammal ehtiyatları 75 milyard kubmetrdir.
"Bu həcm üç il yarım ərzində bütün Türkiyədə mənzillərimizi təmin etməyə kifayət edəcək. Ehtiyatların dəyəri 30 milyard dollar qiymətləndirilir", deyə Ərdoğan İstanbulda çıxışı zamanı bildirib.
Türkiyə liderinin sözlərinə görə, Qara dəniz yataqları hazırda 9,5 milyard kubmetr hesabına 4 milyon mənzili qazla təmin edir. Ərdoğan 2027-ci ilə qədər bu rəqəmin dörd dəfə artırılmasının planlaşdırıldığını bildirib.
Rusiya və Ukraynanın danışıqları barədə danışan Ərdoğan prosesin davam etdirilməsi və rabitə kanallarının açıq qalması üçün səy göstərəcəklərini bildirib. O, hesab edir ki, hərbi əməliyyata silah verməklə son qoymaq olmaz: "Ən böyük istəyimiz sülh danışıqlarının aydın nəticəsini əldə etməkdir. Buna görə də biz bu müharibəyə son qoymaq üçün vasitəçilik rolumuzu davam etdirmək əzmindəyik".
Mayın 16-da İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında son üç ildə ilk birbaşa danışıqlar baş tutub. Türkiyə prezidenti hesab edir ki, bu görüş qanın dayandırılması üçün real fürsət gətirib. Türkiyə lideri vurğulayıb ki, ən başlıcası atəşkəs rejimi olaraq qalır. Moskva və Kiyev bu məsələ ilə bağlı öz təkliflərini hazırlayacaq, bundan sonra danışıqların davam etdirilməsi gözlənilir. Kreml Rusiyanın şərtlərini açıqlamaq niyyətində deyil.
Samir
Şərhlər