"Əliqismət Lalayev 17 il Dövlət Akademik Musiqili Teatrı zəbt etdi. Heç kim də onun qərarlarına qarşı çıxa bilmirdi. Getdi, indi teatra yeni direktor gəlib, əvvəlki abı-havadan əsər-əlamət qalmayıb, xeyli düzəlib".
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist, Dövlət Akademik Musiqili Teatrının aktyoru Çingiz Əhmədov deyib.
Aktyor teatrdakı bəzi həmkarlarının hərəkətlərindən gileylənib:
"Teatrda elə adamlar var ki, onlara salam vermirəm. Çünki onların arasında mənim salamıma layiq olmayan adamlar var. Özlərini apara bilmirlər. Aktyorlara nəsə olanda, məsələn, səhhətlərində bir problem yarananda, ziyana düşəndə sevinirlər. Xəstə insana niyə sevinəsən? Onların adlarını çəkmək istəmirəm. Çünki onlar mənim üçün heç kimdirlər".
Aktyor həmişə teatra gələn gənclərə dəstək olduğunu vurğulayıb:
"Mən belə olmuşam, bundan sonra dəstək olmaqda davam edəcəm. Çünki mən müəllimlərimdən bunu gördüm".
Qeyd edək ki, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev 2008-ci ildə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru vəzifəsinə təyin olunub, 2025-ci ildə teatrının direktoru vəzifəsindən azad edilib.
Bahar Rüstəmli
Şərhlər