Xəbər lenti

AMADA 210 min manata ofis icarəyə götürür - Birmənbə metodu ilə müqavilə
Ekonomiks 13:55 15.04.2026

AMADA 210 min manata ofis icarəyə götürür - Birmənbə metodu ilə müqavilə

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) "Bakı Hotel Company" Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, müqavilədə ofis və anbar sahəsinin icarəsi xidmətinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 210 560 manatdır. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, 8 dekbar 1998-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 27 118 500 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Abasqulu Ağa Bakıxanov küçəsi, ev 1-də yerləşir. QSC-nin qanuni təmsilçisi Mirzəyev Rəsul Yusif oğludur. 

"Bakı Hotel Company” QSC "Hyat Regency Baku” otelinin idarəçısıdır. Rəsul Mirzəyev haqqında isə açıq mənbələrdə heç bir məlumat yoxdur. 

AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadədir. O, 2023-cü ilin oktyabr ayından bu vəzifədədir. Qurumun Müşahidə Şurasının sədri isə deputat Nigar Arpadaraidir. 

Seyid
--> -->