Müğənni Əlikram Bayramova məxsus bütün inəklər tələf olub.
Bu barədə Qaynarinfo-ya açıqlamasında müğənninin özü deyib. O bildirib ki, inəklərin ölməsinə səbəb ölkədə yayılan dabaq xəstəliyidir:
"İndi rayona gedirəm. İnəklərim hamısı ölüb. 10-dan yuxarı inək var idi. Qoyunlar, toyuq-cücələr qalıb. Qorxduğum odur ki, xəstəlik onlara da keçər. Ümumilikdə mənə böyük ziyan dəyib, hesablamaq lazımdır. Adamın min yeyəni olsun, amma bir deyəni olmasın".
Bahar Rüstəmli
Şərhlər