Xəbər lenti

Ədalət Partiyasının IX qurultayı keçirilir:
Siyasət 13:10 17.05.2025

Ədalət Partiyasının IX qurultayı keçirilir: "Qərarı onlar verəcək"

Bu gün Ədalət Partiyasının IX qurultayı keçirilir. 

Partiyanın təşkilat məsələləri üzrə sədr müavini Mütəllim Rəhimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, qurultayda 56 rayon təşkilatından 54 nümayəndə iştirak edəcək:

"Sədrin seçilməsi qurultay iştirakçılarının iradəsi ilə bağlı məsələdir. Qərarı onlar verəcək. Ədalət Partiyasının üzvləri uzun müddətdir ki, siyasi fəaliyyətin içindədir. Özləri də dinamik siyasi fəaliyyətdədirlər. Proseslərdə çox fəal iştirak edirlər. Onların doğru qərar verəcəyinə inanıram".

Xatırladaq ki, Ədalət Partiyasının sədri İlyas İsmayılov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->