Xəbər lenti

Ərdoğanın müşaviri: Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması üçün öhdəmizə düşəni etməyə hazırıq
Siyasət 22:50 10.05.2025

Ərdoğanın müşaviri: Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması üçün öhdəmizə düşəni etməyə hazırıq

Türkiyə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün öhdəsinə düşəni etməyə hazırdır.

"Report” xəbər verir ki, bunu Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç "CNN Türk”ə müsahibəsində deyib.

O bildirib ki, yekun qərarı Azərbaycan və Ermənistan verəcək.

A.Ç.Kılıç, həmçinin qeyd edib ki, Türkiyə Ermənistanla əlaqələrə regionun sabit gələcəyi aspektindən yanaşır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->