Xəbər lenti

Dövlət qulluqçularının reyestri aparılacaq
Ekonomiks 13:03 17.05.2025

Dövlət qulluqçularının reyestri aparılacaq

Dövlət qulluqçularının reyestri aparılacaq.

Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.

Fərmanla dövlət qulluqçularının reyestrinin aparılması qaydası təsdiqlənib. 

Nazirlər Kabineti Fərmandan irəli gələn məsələləri həll edəcək.

Dövlət orqanları və "Publik hüquqi şəxslər haqqında” qanunun 6.4-cü maddəsinə uyğun olaraq müvafiq publik hüquqi şəxslər struktur qurumlarında qulluq keçən dövlət qulluqçuları, stajçı kimi və sınaq müddəti ilə qulluğa qəbul edilmiş şəxslər barəsində məlumatların "Dövlət qulluqçularının reyestri” informasiya ehtiyatına ötürülməsini və daxil edilməsini altı ay müddətində təmin edib Prezidentə məlumat verməlidir.

Dövlət İmtahan Mərkəzi reyestrin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişafı üçün zəruri tədbirlər görmək tapşırılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->