Xəbər lenti

Daha 107 nəfərin diplomu tanınmadı
Ölkə 19:28 06.08.2025

Daha 107 nəfərin diplomu tanınmadı

İyul ayı ərzində diplom tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

Bildirilib ki, iyul ayı üzrə 694 müraciətçinin 587-si barədə müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 107 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 78 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 5 akkreditasiyasız ali təhsil müəssisəsi, 5 dövlət nümunəli olmayan transkript (qismən tanınmaya münasibətdə), 5 dövlət nümunəli olmayan diplom, 4 təhsilalma forması, 3 əhəmiyyətli fərq (kredit sayı), 3 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq (kredit sayı), 2 tədris yükü, 1 bakalavr diplomuna imtina verilməsi səbəbilə, 1 akkreditasiyasız filial və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olmanı göstərmək mümkündür.

Ölkələr üzrə Türkiyədən 285, Rusiyadan 228, Ukraynadan 55, Birləşmiş Krallıqdan 28, Gürcüstandan 25, Konqo və Çinin hər birindən 8, İtaliyadan 6, Macarıstandan və Polşanın hər birindən 5, Belarus, Latviya və Almaniyanın hər birindən 4, Amerika Birləşmiş Ştatları, Fransa, Qazaxıstan və Çex respublikalarının hər birindən 3, İran, Niderland və Belçika krallıqlarının hər birindən 2, Estoniya, Koreya, Litva, Özbəkistan, Slovakiya, Əlcəzair Xalq Demokratik, Somali və Pakistan, Kanada, həmçinin İspaniya və İordaniya Haşimilər krallıqlarının hər birindən 1 müraciət qeydə alınıb.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb və səhiyyə ixtisasları üzrə 173, iqtisadiyyat üzrə 46, biznesin idarə edilməsi üzrə 44, maliyyə üzrə 30 müraciət qeydə alınıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->