Portuqaliyanın "Portu” klubunun sabiq futbolçusu Jorje Koşta vəfat edib.
Qaynarinfo xəbər verir ki, o, 54 yaşında dünyasını dəyişib.
Portuqaliya millisinin sabiq müdafiəçisinin ölümünün səbəbi barədə məlumat verilmir.
Qeyd edək ki, J.Koşta 2003/2004 mövsümündə Çempionlar Liqasının qalibi olub. 1990-2005-ci illərdə "Portu”da çıxış edən Koşta, bu komandanın heyətində 8 dəfə Portuqaliya çempionu olub.
Şərhlər