Xəbər lenti

Britaniyalı oğurlanmış avtomobilini Afrikada tapdı
Dünya 19:10 13.05.2025

Britaniyalı oğurlanmış avtomobilini Afrikada tapdı

Britaniya vətəndaşı Cimmi Mandi oğurlanmış "Range Rover" markalı avtomobilini Tanzaniyada tapıb.

Qaynarinfo "The Sun"a istinadən xəbər verir ki, 44 yaşlı informasiya texnologiyaları üzrə məsləhətçi olan Mandi avtomobilinin oğurlanması ehtimalını əvvəlcədən nəzərə alaraq, onun içinə "Apple AirTag" izləmə cihazı yerləşdirib. 50 min funt-sterlinq dəyərində olan avtomobil ailə evinin qarşısından oğurlanıb, lakin çox qeyri-adi bir marşrutla Afrikaya aparılıb.

"Onun hərəkətini xəritədə izləyirdim - əvvəlcə Aralıq dənizini keçdi, sonra Süveyş kanalından keçərək Misir, Sudan, Cənubi Sudan və Uqandadan ötdü və nəhayət Tanzaniyada dayandı", deyə Mandi bildirib.

Polisin məlumatına görə, belə avtomobillər tez-tez Şərqi Afrikadan verilən sifarişlər əsasında oğurlanır. Bu bölgədə, xüsusilə də sağ sükanlı maşınlar yerli elita arasında çox populyardır.

Hazırda avtomobil Tanzaniyada yerləşir və izləyici məlumatlarına əsasən hər gün eyni iki məkan arasında hərəkət edir. Ən maraqlısı isə odur ki, avtomobilin içində hələ də Mandinin sevimli şlyapalarından biri qalıb.

Britaniyalının dostları bu hadisəyə yumorla yanaşaraq onun hekayəsinin film ssenarisi ola biləcəyini deyirlər. Hətta onlardan biri avtomobildə narkotik gizlədildiyi və cinayətkar dəstələrin onu izlədiyi bir ssenari də irəli sürüb.

Bütün bu qeyri-adi gedişata baxmayaraq, Cimmi Mandi hələ də avtomobilini bir gün geri qaytaracağına ümid edir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->