Xəbər lenti

İdman 19:35 04.11.2025

"Qarabağ" "Çelsi"nin qarşısını necə alacaq? - Qurban Qurbanovdan açıqlama

"Biz bu günə qədər əldə etdiyimiz uğurları mövcud oyun sistemimizə görə qazanmışıq".

Bunu "Qarabağ" - "Çelsi" oyunundan əvvəl mətbuat konfransında Oxu.Az-ın jurnalistinin "Çelsi"yə qarşı müdafiəyəmeyilli oyun görə bilərik?" sualına cavabında "Qarabağ"in baş məşqçisi Qurban Qurbanov deyib.

O bildirib ki, müdafiəyəmeyilli oyunla hansısa matçda uğur qazanmaq olar, lakin məncə bu sistemlə uzunmüddətli uğur qazanmaq mümkün deyil:

"Mən müdafiəyəmeyilli futbolu xoşlamıram. Hansısa oyunda müdafiəyəmeyilli oyun qurmaq olar. Lakin "Çelsi"nin qarşısını almaq üçün beşli müdafiə xətti ilə oynamaq barədə düşünməmişəm. Amma oyunun gedişatında müəyyən taktiki dəyişiklik edə bilərik".

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->