Xəbər lenti

16 yaşlı qızın nişan mərasiminin qarşısı alındı
Ölkə 20:08 04.11.2025

16 yaşlı qızın nişan mərasiminin qarşısı alındı

Goranboy Rayon Polis Şöbəsinə rayonunun Qarasüleymanlı kəndində 2008-ci il təvəllüdlü qızın nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.

Onlarla profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri izah edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->