Xəbər lenti

Bakı və İrəvan sərhəddəki pozuntular barədə məlumat mübadiləsi etdi
Ölkə 22:08 07.05.2025

Bakı və İrəvan sərhəddəki pozuntular barədə məlumat mübadiləsi etdi

Azərbaycan və Ermənistan sərhəddə atəşkəs rejiminin pozulması ilə bağlı məlumat mübadiləsi aparıblar.

"Report” xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın aparatı yerli "factor.am” portalının sorğusuna cavab olaraq bildirib.

"Ermənistan Respublikası Azərbaycana atəşkəs rejiminin pozulması ilə bağlı müvafiq məlumatları təqdim edib”, – Paşinyanın aparatında qeyd ediblər və əlavə ediblər ki, Bakı da erməni tərəfinə pozuntularla bağlı məlumat verib.

"Ermənistan tərəfi bu məlumatları araşdırıb və nəticələr barədə müvafiq arayışı Azərbaycan tərəfinə təqdim edib”, – aparat rəsmisi vurğulayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->