Xəbər lenti

İdman 13:41 08.05.2025

"Arsenal"ın baş məşqçisi: "Finala daha layiq idik"

İngiltərə "Arsenal"ının baş məşqçisi Mikel Arteta komandasının Çempionlar Liqasının yarımfinalında PSJ-yə uduzmağa layiq olmadığını deyib.

Qaynarinfo bu barədə "TNT Sports"a istinadən xəbər verir.

"Biz uğura nəticənin göstərdiyindən daha yaxın idik. Oyunçuların oyun tərzinə və matça necə başladıqlarına görə fəxr edirəm. 20 dəqiqədən sonra hesab 3:0 bizim xeyrimizə olmalı idi", deyə Arteta deyib.

Qeyd edək ki, ötən axşam "Park des Princes" stadionunda keçirilən görüş 2:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. 27-ci dəqiqədə ilk qolu PSJ-nin yarımmüdafiəçisi Fabian Ruiz vurub. 69-cu dəqiqədə Vitinya penaltini qaçırsa da, 72-ci dəqiqədə Əşrəf Hakimi hesabı 2:0-a çatdırıb. "Arsenal"ın qoluna Bukayo Saka 76-cı dəqiqədə imz atıb. Komandalar arasında ilk oyunda PSJ 1:0 hesablı qələbə qazanmışdı. Paris klubu filanda "İnter"lə qarşılaşacaq.

Aydın


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->