Xəbər lenti

Ankara Trampın 15 mayda İstanbula gəlməsi ilə bağlı məlumata malik deyil
Dünya 12:20 13.05.2025

Ankara Trampın 15 mayda İstanbula gəlməsi ilə bağlı məlumata malik deyil

Türkiyə tərəfi ABŞ prezidenti Donald Trampın 15 mayda İstanbulda keçirilə biləcək Rusiya-Ukrayna danışıqlarında iştirak etmək məqsədilə şəhərə gəlmə planları ilə bağlı məlumata malik deyil. 

Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti-yə diplomatik mənbə bildirib.

Xatırladaq ki, bazar ertəsi Tramp, cümə axşamı İstanbula uçmağı düşündüyünü deyib. Həmin gün Rusiya və Ukrayna nümayəndələrinin görüşü baş tuta bilər.

"Belə bir məlumat yoxdur, ABŞ prezidentinin planları ilə bağlı ən doğru məlumatı amerikalı tərəf verə bilər”, – deyə agentliyin həmsöhbəti bildirib.

Rusiya prezidenti daha əvvəl UkraynaABya 15 mayda İstanbula ön şərtsiz birbaşa danışıqların bərpasını təklif etmişdi. Vladimir Putinin sözlərinə görə, bu danışıqlar çərçivəsində atəşkəs barədə razılığa gəlmək mümkündür. Prezidentin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya uzunmüddətli sülh nizamlanması yollarının ciddi şəkildə axtarışına köklənib. Onun sözlərinə görə, Moskvanın təklif etdiyi danışıqların məqsədi münaqişənin əsas səbəblərini aradan qaldırmaq və Rusiyanın maraqlarını təmin etməkdir.

Ukrayna prezidenti Volodimir Zelenski isə cavab olaraq Moskvada artıq qəbuledilməz sayılan şərtləri bir daha irəli sürüb. O, 12 may tarixindən tam atəşkəsə razılıq verilməsini tələb edir.

Donald Tramp isə Kiyevi dərhal Putinin Türkiyədə danışıqlar təklifi ilə razılaşmağa çağırıb. ABŞ liderinin sözlərinə görə, bu danışıqlar azı tərəflər arasında razılaşmanın mümkün olub-olmadığını müəyyənləşdirməyə imkan verəcək. Sonradan Zelenski bəyan edib ki, cümə axşamı Türkiyədə Rusiya prezidentini gözləyəcək.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->