Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru, amerikalı iqtisadçı professor Ceffri Səks bildirib ki, ABŞ-ın prezidenti Donald Trampın dövründə həyata keçirilən tarif siyasəti mənasız və uğursuz olub, ölkənin beynəlxalq təsir imkanlarının məhdudluğunu göstərib.
Qaynarinfo xəbər verir ki, bu fikirləri Saks "Valday" Beynəlxalq Klubunun müzakirəsi zamanı səsləndirib.
Professorun sözlərinə görə, ABŞ rəhbərliyi tarif siyasətinin heç bir məntiqi və iqtisadi əsasının olmadığını anlayıb. O qeyd edib ki, Tramp tariflərin ABŞ-a danışıqlarda daha güclü mövqe qazandıracağına inanırdı.
Saks əlavə edib ki, ABŞ öz imkanlarını və dünya arenasındakı təsirini olduqca yüksək qiymətləndirib:
"Bu, davam edən bir prosesdir. Biz bunu Ukrayna, Yaxın Şərq və bir çox digər ölkələrə münasibətdə də müşahidə edirik. ABŞ ştatlarının heç biri başa düşmür ki, onların təsir imkanları çox məhduddur".
Aydın
Şərhlər