Xəbər lenti

Prezident informasiya təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədrini dəyişib
Ekonomiks 12:14 13.05.2025

Prezident informasiya təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədrini dəyişib

"İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamına dəyişiklik edilib.

Dəyişikliyə əsasən, bundan sonra Komissiyanın sədri rəqəmsal inkişaf və nəqliyyat naziri olacaq.

Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Katiblik funksiyaları da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib. 

Qeyd edək ki, əvvəllər bu funksiya Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyində idi. 

Xatırladaq ki, Komissiyanın əsas vəzifələri dövlətin informasiya təhlükəsizliyinə təhdidlərin qiymətləndirilməsi, onların mənbələri, istiqamətləri və formalarının, eləcə də təhdidlərin vura biləcəyi mümkün zərər və təsirlərin mütəmadi təhlilinin aparılmasıdır. 

Komissiya həmçinin kibertəhdidlərin qarşısının alınması və neytrallaşdırılması istiqamətində dövlət qurumlarının fəaliyyətini əlaqələndirir və ölkənin kritik infrastrukturlarına qarşı kiberhücumlara operativ reaksiya verilməsini təmin edir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->