Xəbər lenti

Ağ Ev ukraynalı pilotların F-16-larla təlim keçəcəyi ölkələrin adlarını açıqladı
Video 10:37 27.07.2023

Ağ Ev ukraynalı pilotların F-16-larla təlim keçəcəyi ölkələrin adlarını açıqladı

Ukraynalı pilotlar ABŞ istehsalı olan F-16 qırıcılarını idarə etməyi Danimarka və Rumıniyada öyrənəcəklər.

Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi bildirib https://www.youtube.com/watch?v=m3sYoy0UddQ .
"Rumıniya və Danimarkada ukraynalı pilotlar F-16 proqramı çərçivəsində təlim keçəcəklər. Tarixlər, yerlər, proqramın müddəti, bunların hamısı hələ də planlaşdırılır”, - Kirbi bildirib.

O, əlavə edib ki, Rumıniya və Danimarkadan başqa, ukraynalı pilotlar başqa yerlərdə də F-16-larda təlim keçə bilərlər.

Kirbi qeyd edib ki, ABŞ qırıcılarını idarə etmək üçün ingilislər pilotları ingilis dilində öyrətməyə başlayıblar. 

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukraynanın müttəfiqləri F-16-da ukraynalı pilotların təliminə nə vaxt başlayacaqlarını fərdi qaydada müəyyənləşdirəcəklər.

NATO-nun Vilnüsdə keçirilən sammitində Ukraynanın müdafiə naziri Aleksey Reznikov 11 həmkarı ilə F-16 qırıcı pilotlarının hazırlanması üçün koalisiya yaradılması haqqında memorandum imzalayıb. Proqrama təkcə F-16 deyil, digər növ qırıcıların da daxil edilməsi ehtimalı var.

Koalisiyaya Ukraynadan əlavə, Böyük Britaniya, Niderland, Danimarka, Belçika, Kanada, Lüksemburq, Norveç, Polşa, Portuqaliya, Rumıniya və İsveç daxildir.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->