Xəbər lenti

Ölkə 11:06 11.08.2025

"Yüksəliş"in qalibinə nazirlikdə yeni vəzifə verildi

Üçüncü "Yüksəliş” müsabiqəsinin qalibi Faiq Hüseynov yeni vəzifəyə təyin olunub.

Qaynarinfo-nun Valyuta.az-a istinadən məlumatına görə, o, Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub.

F.Hüseynov bu vəzifəsinə qədər, Aqrar Sığorta Fondunun Daxili audit və nəzarət şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Həmçinin o, 2021-ci ildən 1 il öncəyə qədər "Səba” ASC-də müxtəlif vəzifələrdə işləyib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->