Xəbər lenti

Yaşar Nurinin xanımı qızının vəfatından danışdı:
Ölkə 14:14 25.12.2025

Yaşar Nurinin xanımı qızının vəfatından danışdı: "Elə bilirəm, iki deyil, üç qızım var"

"Elə bilirəm, iki deyil, üç qızım var. Ona qızım kimi baxıram. 13 yaşına keçib".

Bunu Qaynarinfo-ya açıqlamasında Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva mərhum qızı Ülviyyə Yaşarqızının yoxluğundan və onun övladından danışarkən deyib. 

Rəhimə Nuriyeva həyatın davam etdiyini vurğulayıb:

"İndi belə alınıb, həyatdır da. Gözümüzü açıb-yumduq, 40 mərasimi də keçdi. Hələ də gəlib-gedənlərimiz var. Ülviyyənin qızı bizdədir. Biz baxırıq, ömrümün sonuna kimi mən və xalası baxacağıq. Heç bir çətinliyi yoxdur. Niyə olsun ki? Həyat davam edir. Əgər çətinlik fikirləşsək, onda gərək adam bütün işdən-gücdən qalsın. İnsan gərək optimist olsun ki, gələcəyi ilə yaşasın. Ona görə də bacardığımız qədər qızımla mən Ülviyyənin qızına dəstək olacağıq".

Xatırladaq ki, Y.Nurinin qızı Ülviyyə qəfil ürəktutmasından dünyasını dəyişib.

Bahar Rüstəmli
--> -->