Xəbər lenti

Xəstə anasının adı ilə taksi sürücüsünü aldatdı
Ölkə 17:37 17.02.2026

Xəstə anasının adı ilə taksi sürücüsünü aldatdı

Bakıda taksi sürücüsünü aldadaraq pulunu mənimsəyən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə H.Əliyev prospektində yerləşən Yeni Klinikanın qarşısında baş verib. 1973-cü il təvəllüdlü F.D. Xəzər rayonu, Binə qəsəbəsi, Tural Abdullayev küçəsində saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

Məlum olub ki, zərərçəkmiş O.V. "Mercedes Vito" markalı avtomobili ilə taksi fəaliyyətilə məşğul olub. Tanımadığı təqsirləndirilən şəxs müştəri qismində ona yaxınlaşaraq xəstə anasını Yeni Klinikadan 20 manata gedib gətirməyini istəyib. Zərərçəkmiş də onunla razılaşaraq Yeni Klinikaya gediblər. 

Təqsirləndirilən şəxs klinikanın qarşısında maşından düşərək xəstə anasını gətirəcəyini, pulunun 200 manatlıq əskinas olduğunu və 150 manat lazım olduğunu bildirib. Sürücü də onun səmimiyyətinə inanaraq 150 manat verib. Daha sonra isə həmin şəxs onu "bloka atdığını", zəng edə bilmədiyini görüb. Bu hadisələrdən sonra zərərçəkmiş polisə müraciət etməli olub. 

Məhkəmədə təqsirləndirilən şəxs anasının klinikada olduğunu, taksi sürücüsünü aldadan zaman anasının yanlarında olmadığını bildirib. Ziyanı ancaq anasının pensiyası ilə ödəyə biləcəyini qeyd edib və təqaüd köçənə qədər möhlət verilməsini məhkəmədən xahiş edib. 

Məhkəmənin hökmü ilə F.D. 1 ay müddətinə həbs edilib.

Aydın
--> -->