Amerikalı müğənni Keti Perrinin ətrafı onun keçmiş Kanada baş naziri Castin Trüdo ilə romantik münasibətinin sürətlə inkişaf etməsindən narahatdır.
Qaynarinfo xəbər verir ki, "Radar Online" mənbələrinin məlumatına görə, müğənni yeni sevgilisi ilə evlənməyi və hətta ondan uşaq sahibi olmağı planlaşdırır. Bu arada Perrinin yaxınları onun çox tələskən olmasından qorxurlar, çünki aktyor Orlando Blum ilə boşanmasından çox vaxt keçməyib.
"O, Orlando ilə demək olar ki, on il birlikdə olub və ayrıldıqdan dərhal sonra Castinlə görüşməyə başlayıb, heç bir addımı əldən verməyib. Və birdən-birə Castin onun bütün dünyasına çevirilib", deyə mənbə bildirib.
Beş yaşlı qızı Deyzi Dovun atası Blum ilə ayrılma keçən yay baş verib, cütlük doqquz il birlikdə olub. Tezliklə Perri və Trüdo Santa-Barbara sahilində yaxtada birlikdə görünüb və bundan sonra münasibətlərini gizlətməyə çalışmayıblar.
"Bu bir az narahatlıq doğurur, çünki o, nəfəs almaq və ya ayrılığı tam yaşamaq üçün dayanmadı. Amma Keti heç kimi eşitmək istəmir. O, daim deyir ki, heç vaxt bu qədər xoşbəxt olmayıb", deyə mənbə əlavə edib.
Samir
Şərhlər