Xəbər lenti

Tramp:
Dünya 14:42 16.08.2025

Tramp: "Müharibəni bitirməyin ən yaxşı yolu budur..."

ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmağın ən düzgün yolu sadəcə atəşkəs deyil, davamlı sülh sazişidir.

Qaynarinfo xəbər verir ki, Tramp bu fikirləri Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüşündən, eləcə də Ukrayna lideri Vladimir Zelenski və Avropa liderləri ilə telefon danışığından sonra TruthSocial sosial şəbəkəsində paylaşıb.

"Hər kəs sülh sazişinin vacibliyini qəbul etdi”

"Putinlə görüş çox yaxşı keçdi, həmçinin Zelenski və Avropa liderləri, o cümlədən NATO-nun çox hörmətli baş katibi ilə gecəyarısı aparılan telefon danışığı da məhsuldar oldu. Hamı razılaşdı ki, bu dəhşətli müharibəni bitirməyin ən yaxşı yolu – sülh sazişidir. Çünki atəşkəs razılaşmaları çox vaxt dayanıqlı olmur”, deyə Tramp yazıb.

Zelenskinin Vaşinqtona səfəri

Trampın sözlərinə görə, Ukrayna prezidenti bazar ertəsi günorta Vaşinqtona gələrək Oval kabinetdə onunla görüşəcək.

"Əgər hər şey alınsa, Putinlə də görüş təyin edəcəyik. Ola bilsin, milyonlarla insanın həyatı xilas olunsun”, – Tramp əlavə edib.

Zelenski və üçtərəfli format

Öz növbəsində Zelenski Tramp ilə "uzun və məzmunlu” söhbət etdiyini bildirib. O, ABŞ prezidentinin Ukrayna–Amerika–Rusiya üçtərəfli görüşü barədə təşəbbüsünü dəstəklədiyini açıqlayıb.
Zelenski həmçinin Trampın dəvəti ilə yaxın günlərdə Vaşinqtona səfər edəcəyini təsdiqləyib.

Müharibənin sonu barədə proqnoz

ABŞ senatoru Lindsi Qrem isə bəyan edib ki, əgər belə üçtərəfli görüş baş tutarsa, Ukraynadakı müharibə hətta Yeni ilədək bitə bilər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->