Bu gün "Qafqazinfo” xəbər portalının yaranmasının 15 ili tamam olur.
Qaynarinfo-nun məlumatına görə, 16 avqust 2010-cu ildə kiçik bir kollektivlə fəaliyyətə başlayan saytın hazırda 30-dan çox rəsmi əməkdaşı var.
Ölkədə ən çox oxunan mənbələrdən biri olan "Qafqazinfo”da Azərbaycan və rus dilində gündəlik 100-dən çox xəbər dərc olunur, sayt 24 saat fasiləsiz yenilənir.
"Qafqazinfo” sosial şəbəkələrdə də aktivdir. Artıq iki ildir ki, instaqram, feysbuk və teleqram hesabları işləyir.
Qaynarinfo "Qafqazinfo"nun kollektivini təbrik edir!
Şərhlər