Xəbər lenti

Tramp FED sədrini məhkəməyə verəcək
Dünya 20:10 12.08.2025

Tramp FED sədrini məhkəməyə verəcək

ABŞ-də inflyasiya ilə bağlı yaxşı məlumatlardan (iyulda istehlak qiymətləri ekspertlərin proqnozlaşdırdığı kimi 2,8 % deyil, illik müqayisədə 2,7 % artıb – red.) ruhlanan Birləşmiş Ştatlar Prezidenti Donald Tramp əsas faiz dərəcəsini endirməkdən imtina edən Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauelli növbəti dəfə gecikmiş insan və uğursuz adlandırıb.

"Report” xəbər verir ki, bu barədə Tramp "Truth Social”da yazıb.
O, həmçinin bildirib ki, Pauellin ABŞ iqtisadiyyatına vurduğu ziyan saysız-hesabsızdır.

Amerika lideri Pauelldən faiz dərəcəsini dərhal aşağı salmağı tələb edib və onu FED-in binaları ilə bağlı tikinti işlərinin idarə edilməsində dəhşətli və son dərəcə səriştəsiz işinə görə məhkəməyə verəcəyini bildirib.

Tramp son bir neçə aydır uçot dərəcəsini aşağı salmağa tələsmədiyinə görə Pauelli amansızcasına tənqid edir. FED iyulun 30-da uçot dərəcəsini 4,25-4,5 faiz səviyyəsində saxladıqdan sonra ABŞ Prezidenti məmuru böyük uğursuz, pis və axmaq adlandırıb, hətta onun vəzifədən çıxarılmasını istəyib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->