"Amazon Web Services" şirkətinin baş direktoru Mett Qarman yaxın gələcəkdə uğur qazanmaq üçün mütləq texniki biliklərə ehtiyac olmayacağını bildirib. Onun sözlərinə görə, süni intellekt əsaslı alətlərin iş proseslərinə inteqrasiyası artdıqca işəgötürənlər "yumşaq bacarıqları” - yaradıcılıq, uyğunlaşma qabiliyyəti və tənqidi düşünmə kimi keyfiyyətləri üstün tutacaqlar.
Qaynarinfo-nun məlumatına görə, CNBC telekanalına açıqlamasında Qarman qeyd edib ki, övladına - ali məktəbə hazırlaşan oğluna verdiyi əsas məsləhət məhz tənqidi düşünmə vərdişlərini inkişaf etdirmək olub.
Onun fikrincə, universitet təhsilinin əsas dəyəri konkret texniki bacarıqlardan çox tələbələrə tənqidi düşünmə qabiliyyəti qazandırmasıdır: "Bu, əslində ən vacib bacarıq olacaq. Kollecdə oxumaq sadəcə müəyyən ixtisas bilikləri toplamaq deyil, həm də insanın düşünmə tərzini formalaşdırmaq prosesidir".
Qarman əlavə edib ki, süni intellekt çağında uğurun açarı bir nömrəli bacarıq tənqidi düşünmədir: "Yaradıcı olmaq, tənqidi düşünmək, çevik davranmaq vacibdir. Yeni şeylər öyrənmək və dəyişən şəraitə uyğunlaşmaq, hər hansı konkret texniki bacarıq qədər önəm daşıyacaq".
Aydın
Şərhlər