Xəbər lenti

Sumqayıtda ilginc oğurluq: 45 min pul apardı, yerinə isə...
Ölkə 14:38 09.08.2025

Sumqayıtda ilginc oğurluq: 45 min pul apardı, yerinə isə...

Sumqayıtda 45 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Qaynarinfo-y DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birindən 45 min manat pul oğurlanıb və vəsaitin əvəzinə üzərində "etibarsız” yazılmış əskinas qoyulub.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı C.Cabbarova müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->